"Rabitə işi"ndə təqsirləndirilənlərin məhkəməsi yenə təxirə düşdü


Digərləri 28 Noy 2018 12:44:14 237 0

"Rabitə işi"ndə təqsirləndirilənlərin məhkəməsi yenə təxirə düşdü

Bu gün Ali Məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.

Bakı. Samir Əli - Bu gün Ali Məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi baş tutmayıb. Trend-in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses növbəti dəfə qeyri-müəyyən vaxta təxirə salınıb. Qeyd edək ki, bu iş üzrə məhkəmə baxışı bir neçə dəfə təxirə salınıb. Xatırladaq ki, V.Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verərək onların adlarına olan əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov ona verilən cəzadan narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını və üzərində həbs olan əmlaklarının özünə qaytarılmasını istəyir.