Mourinyo: “Məni həmişə tənqid edirlər ki...”


İdman 28 Noy 2018 12:33:00 269 0

Mourinyo: “Məni həmişə tənqid edirlər ki...”

Manchester United-in baş məşqçisi Joze Mourinyo ÇL-nin qrup mərhələsinin 5-ci turunda Young Boys-la oyundan (1:0) danışıb.

Goal.az xəbər verir ki, Mourinyo bu matçda hücuma üstünlük verdiyini bildirib. “Məni həmişə tənqid edirlər ki, müdafiədən oynayıram. Ümid edirəm ki, bu dəfə belə deməyəcəklər. İlk dəqiqələrdən təzyiqlə qarşılaşdıq . Oyuna daha aktiv başlamağı düşünürdük. Daha çox qol vura bilərdik. Belə oyunlarda qol vurmaq da, qapını qorumaq da çətin olur. Qrup mərhələsindəki uğurlarımıza görə sevinirəm. Azarkeşlərimizə minnətdaram. Komandanı əla dəstəkləyirlər. Kifayət qədər təcrübəm var. Gələcəkdə nələr olacağını əvvəlcədən deyə bilərəm. 14 dəfə ÇL-də iştirak etmişəm. Çalışdırdığım klublar 14 dəfə qrupdan çıxıb. ÇL iştirakçısı olmadığım mövsümdə isə Avropa Liqasının qalibi olmuşam”,- təcrübəli məşqçi deyib.