Avstraliyada meşə yanğınları tüğyan edir: Yerli hakimiyyət çarəsiz qalıb


Digərləri 28 Noy 2018 12:33:00 214 0

Avstraliyada meşə yanğınları tüğyan edir: Yerli hakimiyyət çarəsiz qalıb

Avstraliyanın Kvinslend ştatında meşə yanğınları tüğyan edir.

Bakı. Avstraliyanın Kvinslend ştatında güclü istilərin səbəb olduğu meşə yanğınları tüğyan edir. Trend-in məlumatına görə, alovlara bürünən sahə artıq 20 min hektara çatıb. Yanğın fövqəladə vəziyyət səviyyəsindədir. Yerli hakimiyyət sakinlərin təhlükəsizliyinə artıq zəmanət verə bilmədiklərini bəyan edib. Bir sıra rayonlarda təxliyənin mümkün olmadığı bildirilir. Yanğın ərazisində qalanlara mühafizə paltarı geyinmək, pəncərə və qapıların altına nəm dəsmal qoymaq kimi məsləhətlər verilir.