"Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edildi (FOTO)


Digərləri 28 Noy 2018 12:37:00 111 0

"Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edildi (FOTO)

"Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Bakı. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələri YUNESKO səviyyəsində qorumaqdır. Ermənistanın Azərbaycanın digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınmış, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparılmış və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilmişdir. YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ilə yanaşı, hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan– ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Şeyma evlənsə, Acun ona pul verməyəcək like
  • 28 Noy 12:35  
Digərləri Şeyma evlənsə, Acun ona pul verməyəcək

Doqquz ildir münasibətdə olan və doqquz dəqiqədə ayrılan Acun Ilıcalı

arrow Ətraflı
Mourinyo: “Məni həmişə tənqid edirlər ki...” like
  • 28 Noy 12:33  
İdman Mourinyo: “Məni həmişə tənqid edirlər ki...”

Manchester United-in baş məşqçisi Joze Mourinyo &Cced

arrow Ətraflı
Avstraliyada meşə yanğınları tüğyan edir: Yerli hakimiyyət çarəsiz qalıb like
  • 28 Noy 12:33  
Digərləri Avstraliyada meşə yanğınları tüğyan edir: Yerli hakimiyyət çarəsiz qalıb

Avstraliyanın Kvinslend ştatında meşə yanğınları tüğyan edir.

arrow Ətraflı
Azərbaycanın ən yaxşı reaktiv artilleriya divizionu müəyyənləşəcək  VİDEO like
  • 28 Noy 12:31  
Digərləri Azərbaycanın ən yaxşı reaktiv artilleriya divizionu müəyyənləşəcək VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) artilleriyaçıları "Ən yaxşı re

arrow Ətraflı
Bahar Muradova: Təhsilə qoyulan investisiya özünü doğruldur like
  • 28 Noy 12:29  
Digərləri Bahar Muradova: Təhsilə qoyulan investisiya özünü doğruldur

Azərbaycanda təhsil sahəsinə qoyulan sərmayə insan kapitalının formalaş

arrow Ətraflı
Azyaşlılara qarşı zorakılıqda ittiham edilən şəxsə ağır cəza verildi - 15 il like
  • 28 Noy 12:23  
Digərləri Azyaşlılara qarşı zorakılıqda ittiham edilən şəxsə ağır cəza verildi - 15 il

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlılara qarşı seksual xarakte

arrow Ətraflı
Alim Qasımov 31 il əvvəl toyda like
  • 28 Noy 12:22  
Şou-biznes Alim Qasımov 31 il əvvəl toyda

Xalq artisti Alim Qasımovun ötən əsrin 80-ci illərinə aid görüntüsü ya

arrow Ətraflı
Qız uşağının iniltisi cinsi əlaqəni ORTAYA ÇIXARDI like
  • 28 Noy 12:20  
Dünya Qız uşağının iniltisi cinsi əlaqəni ORTAYA ÇIXARDI

ABŞ-ın Florida ştatında "Grand Theft Auto" oyunu oynayarkən mik

arrow Ətraflı
Kovac: "Nəhayət komandam əsil gücünü göstərdi" like
  • 28 Noy 12:14  
İdman Kovac: "Nəhayət komandam əsil gücünü göstərdi"

Bayern Munich-in baş məşqçisi Niko Kovaç koman

arrow Ətraflı
Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyi aşkarladı  FOTO like
  • 28 Noy 12:13  
Dünya Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyi aşkarladı FOTO

Ana mobil telefonu ilə çəkdiyi fotolara diqqətlə baxdığında 3 aylıq kö

arrow Ətraflı
Hesab.az-ın dəstəyi ilə “Emosional Liderlik” təlimi like
  • 28 Noy 12:11  
Digərləri Hesab.az-ın dəstəyi ilə “Emosional Liderlik” təlimi

Hesab.az-ın dəstəyi ilə “WoWoman Baku”nun təşkil etdiyi “Emosional L

arrow Ətraflı
Əli Əhmədov: "Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var" like
  • 28 Noy 12:09  
Digərləri Əli Əhmədov: "Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var"

Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var.

arrow Ətraflı
Cütlük birbirinin qollarında, uşaq çarpayısında keçindi  FOTO like
  • 28 Noy 12:04  
Digərləri Cütlük birbirinin qollarında, uşaq çarpayısında keçindi FOTO

Dünyanı səyahət etməyi planlaşdıran sörfçü cütlük "Rome və Cul

arrow Ətraflı