Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyi aşkarladı FOTO


Dünya 28 Noy 2018 12:13:00 241 0

Mobil telefonla çəkdiyi şəkillə körpəsində göz xəstəliyi aşkarladı  FOTO

Ana mobil telefonu ilə çəkdiyi fotolara diqqətlə baxdığında 3 aylıq körpəsinin bir gözünün ağ rəngli göründüyünü (normalda qırmızı rəngli göz dibi refleksionu olmalıdır) hiss edib və bu diqqətcilliyi sayəsində zamanında göz həkiminin müayinəsindən sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib, uşağı MRT müayinəsindən keçirərək dəqiq diaqnozun təyin olunmasına nail olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, müraciət edərkən şikayətlər leykokoriya ("pişik gözü refleksi"), mikroftalmiya (gözün anomal inkişafı: göz almasının normadan kiçik ölçüdə olması) və görmə zəifliyi (bunu körpə hissə etməsə də, valideynlərin diqqətindən yayınmayıb) ilə bağlı olub.

Qeyd edilən əlamətlərlə müşahidə edilən retinoblastoma xüsusilə uşaqlarda rast gəlinən gözün retinasının şiş xəstəliyidir. Şiş əksər hallarda gözün birində əmələ gəlir. Amma bəzi hallarda hər iki gözdə də baş verə bilər.


Xəbərə aid foto