Kovac: "Nəhayət komandam əsil gücünü göstərdi"


İdman 28 Noy 2018 12:14:00 266 0

Kovac: "Nəhayət komandam əsil gücünü göstərdi"

Bayern Munich-in baş məşqçisi Niko Kovaç komandasının ÇL-nin qrup mərhələsindəki qələbəsinə münasibət bildirib.

Goal.az xəbər verir ki, alman klubu 5-ci turda Benfica-nı qəbul edib. Münhenin “Alyans-Arena” stadionunda keçirilən oyunda meydan sahibi qonaq komandanı darmadağın edib-5:1. Kovaç deyib: “Oyunumuz alındı. Nəhayət, Bayern Munich əsil gücünü göstərdi. Matç nəzarətimiz altında keçdi. Hücumda və müdafiədə əla oynadıq. Mərkəz xəttini tez keçməklə hücumlarımızı daha kəsərli edirdik. Komandam əziyyətinin bəhrəsini gördü” .

Bayern Munich qrup mərhələsində 13 xal toplayıb və növbəti oyunun nəticəsindən asılı olmyaraq pley-off mərhələsinə çıxıb. Ajax qrupda 2-ci yerdədir. 11 xalı var. Benfica 4 xalla üçüncü pillədə qərarlaşıb. Qrup sonuncusu AEK xal qazanmayıb.

Xatırladaq ki, Nikol Kovaçın taleyi Bayern Munich-Benfica matçından asılı idi. Klub uduzsaydı, baş məşqçi qovulacaqdı.