Hesab.az-ın dəstəyi ilə “Emosional Liderlik” təlimi


Digərləri 28 Noy 2018 12:11:00 256 0

Hesab.az-ın dəstəyi ilə “Emosional Liderlik” təlimi

Hesab.az-ın dəstəyi ilə “WoWoman Baku”nun təşkil etdiyi “Emosional Liderlik” təlimi keçirilib.

Bakı. Hesab.az-ın dəstəyi ilə “WoWoman Baku”nun təşkil etdiyi “Emosional Liderlik” təlimi keçirilib. Emosional Liderlik mövzusun mahiyyətini başa düşmək üçün ilk öncə emosional intellektin nə olduğu haqqında danışıldı. "Emosional intellekt bizə nəyə görə lazımdır? Biz ondan həyatımızın hansı mərhələsində və necə istifadə etməliyik?" kimi suallar təlim ərzində müzakirə olunub. Deməli, emosinal intellekt bizə istər karyera, istərsə də şəxsi həyatımızda emosiyaların nəzarətdə saxlanılmasına, münaqişələrin idarə edilməsinə, özünə inam, motivasiya, komanda işi kimi peşəkar xüsusiyyətlərin inkişaf etdirilməsinə, empatiya quraraq digərlərinin hiss və düşüncələrinin öyrənilməsinə kömək edir. Eyni zamanda təlimdə emosional intellekt bacarığının hansı səviyyədə olması, onu inkişaf etdirəcək texnikalar haqqında danışılıb.