Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə yayılan şayiələrə sərt reaksiya FOTO


Digərləri 28 Noy 2018 11:57:23 228 0

Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə yayılan şayiələrə sərt reaksiya  FOTO

Səhiyyə Nazirliyi bir çox sosial şəbəkələrdə, o cümlədən "whatsapp" vasitəsilə əhalinin istifadə etdiyi dərman preparatı haqqında yayılan şayiəyə münasibət bildirib.

Son.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sosial şəbəkə vasitəsilə yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib. Belə ki, Azərbaycanda İsrail istehsalı olan "Paracetamol 500" qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan parasetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma - "Sofarma" SC, Bolqarıstan (tablet), Parasetamol - Tatximfarmpreparati ASC, Rusiya Federasiyası (tablet), Parasetamol - Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan - Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol - QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).


Xəbərə aid foto