“Cavab oyununa çıxmayacağıq” - Boca Juniors-un prezidenti


İdman 28 Noy 2018 11:53:00 327 0

“Cavab oyununa çıxmayacağıq” - Boca Juniors-un prezidenti

Boca Juniors-un prezidenti Daniel Anxelisi River Plate klubunun Libertadores Kubokundan diskvalifikasiya edilməsini tələb edir.

Goal.az xəbər verir ki, prezident Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini deyib.

“River Plate mütləq cəzalandırılmalıdır. Qalmaqala görə məsuliyyəti bu klub daşıyır. Əlimizdə video, şəkillər və digər dəlillər var. Argentina məhkəməsinə ərizə vermişik. Hələlik gözləyirəm. Nəticə olmasa Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyəm. Hər halda, məhkəmə bizim xeyrimizə qərar verəcək. Cavab oyununa çıxmayacağıq. Argentina məhkəməsinin qərarı bizi qane etməsə, appelyasiya şikayəti verəcəyik”,- klub prezidenti deyib.

Xatırladaq ki, River Pleyt- Boka Xuniors matçı yerli fanatların qonaq komandanın avtobusuna hücum etməsi səbəbindən iki dəfə təxirə salınıb. Hücum nəticəsində Boca-nın bir neçə futbolçusu xəsarət alıb. Təxirə salınan oyun dekabrın 8-də Argentinadan kənarda keçirilə bilər.