Ərdoğan prezident səlahiyyətlərini


Dünya 28 Noy 2018 11:41:00 223 0

Ərdoğan prezident səlahiyyətlərini

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Resmi gazete" qəzetində dərc olunan qərarda deyilir.

Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Argentina və Paraqvaya səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər noyabrın 28-də başlayıb və dekabrın 4-dək davam edəcək.