"Qızıl Top"u kimin qazanacağı açıqlandı


İdman 28 Noy 2018 11:31:00 217 0

"Qızıl Top"u kimin qazanacağı açıqlandı

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatını qazanacaq futbolçunun adı açıqlanıb.

Goal.az xəbər verir ki, İspaniyanın “Onda Cero” radiosu həmin oyunçunun Real Madrid-in yarımmüdafiəçisi Luka Modriç olduğunu əminliklə vurğulayıb. Xorvatiyalı pleymeykerin, səsvermənin nəticələrinə əsasən, ən yaxın izləyicilərini böyük üstünlüklə qabaqladığı bildirilir.

İkinci yeri İtaliya Juventus-unun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo tutacaq. İspaniya Atletico-sunun fransalı forvardı Antuan Qrizmann isə üçüncü olacaq.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.