Azərbaycanda vaxtından əvvəl doğuşların sayı 10 faiz təşkil edir


Digərləri 28 Noy 2018 11:09:00 222 0

Azərbaycanda vaxtından əvvəl doğuşların sayı 10 faiz təşkil edir

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada 15 milyon vaxtından əvvəl doğuş qeydə alınır. Bu körpələrin təxminən bir milyona yaxını (7 faiz) tələf olur. 184 ölkədə vaxtından əvvəl doğuşların sayı 5-18 faiz arasında dəyişir. Azərbaycanda isə bu göstərici 10 faiz təşkil edir. Vaxtından əvvəl doğuşların 60 faizindən çoxu yoxsul Afrika və Asiya ölkələrində baş verir və həmin uşaqların da yarısı tələf olur.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Quba Regional Perinatal Mərkəzində (RPM) Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü ilə əlaqədar təşkil olunan konfransda bildirilib.

Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova həyata keçirilən tədbirlər nəticəsində respublikamızda ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə olunduğunu deyib. Bildirilib ki, ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələr reallaşdırılır. Bu layihələrin tətbiqi nəticəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, dərman preparatları və tibbi texnika ilə təminat yaxşılaşdırılır. Hazırda bölgələrdə 6 Regional Perinatal Mərkəz fəaliyyət göstərir.