Ronaldo bunu da bacardı - 100


İdman 28 Noy 2018 10:44:00 284 0

Ronaldo bunu da bacardı - 100

ÇL-nin qrup mərhələsinin 5-ci turunda Juventus Valencia-nı qəbul edib-1:0.

Goal.az xəbər verir ki, qələbə qolunu Mario Manzukiç vurub. Turin klubunun heyətində Ronaldo məhsuldar ötürmə edib. Valencia üzərindəki qələbə 33 yaşlı portuqliyalının ÇL-də 100-cü qələbəsi olub. Hücumçu bu uğura nail olan ilk futbolçu kimi tarixə düşüb. Maraqlıdır ki, Ronaldo Çempionlar Liqası tarixində indiyədək mübarizə aparmış 140 klubun 136-sından çox qələbə əldə edib. Juventus 5 turdan sonra 12 xal toplayıb. Pley-off mərhələsini özü üçün təmin edib. Turin klubu sonuncu oyunda Young Boys-un qonağı olacaq. Matç dekabrın 12-də keçiriləcək.