Abşeronda pozuntu aşkarlanan 14 daş karxanasının fəaliyyəti dayandırılıb


Digərləri 28 Noy 2018 10:58:48 198 0

Abşeronda pozuntu aşkarlanan 14 daş karxanasının fəaliyyəti dayandırılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daş karxanalarında monitorinqlər aparılıb.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daş karxanalarında monitorinqlər aparılıb. Komitədən Trend-ə verilən məlumata görə, monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb. Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib. Bundan başqa, Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb.