ABŞ təyyarəsi Kerç boğazında kəşfiyyat aparıb


Dünya 28 Noy 2018 10:46:00 274 0

ABŞ təyyarəsi Kerç boğazında kəşfiyyat aparıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olan və sualtı qayıqların axtarışı və məhvi üçün nəzərdə tutulan "Boeing P-8A Poseidon" təyyarəsi Kerç boğazı və Krım yarımadasında kəşfiyyat xarakterli uçuş həyata keçirib.

Bu barədə Son.az report-a istinadən məlumat verir.

Bildirilir ki, təyyarə yarımadanın sahil xəttinə 31 kilometr məsafədə yaxınlaşıb.