Qubada "Lada" yük maşınının altında qaldı:


Digərləri 28 Noy 2018 10:15:00 229 0

Qubada "Lada" yük maşınının altında qaldı:

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində "MAN" markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik avtomobilinin üstünə çıxıb.

Hadisə nəticəsində "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumata görə, biri qadın olmaqla 3 nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.