Bakıda avtomobil piyadaları xəstəxanalıq etdi


Digərləri 28 Noy 2018 09:45:00 241 0

Bakıda avtomobil piyadaları xəstəxanalıq etdi

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Neftçilər prospekti, Bakı Dəniz Vağzalının yaxınlığında qeydə alınıb. “Hundai” markalı 99-NU-793 dövlət nömrə nişanlı avtomobil yolu keçən iki piyadanı vurub. Hadisə nəticəsində 2001-ci təvəllüdlü Nicat Rəsulov və 2003-cü il təvəllüdlü Elçin Muradov 1 saylı Kliniki Tibbi Mərkəzi xəstəxanasına yerləşdirilib.