Bakıda maşın 3 piyadanı vurdu:


Digərləri 28 Noy 2018 09:14:31 300 0

Bakıda maşın 3 piyadanı vurdu:

Səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Abdullayev Natiq Əliağa oğluna məxsus "Hyundai" markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.

Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.

Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar