Tramp Putinlə görüşdən imtina edə bilər


Dünya 28 Noy 2018 09:07:00 248 0

Tramp Putinlə görüşdən imtina edə bilər

ABŞ prezidenti Donald Tramp Kerç boğazında baş vermiş hadisə ilə əlaqədar olaraq Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.

Son.az report-a istinadən xəbər verir ki, Tramp hadisə ilə bağlı "ətraflı hesabat" gözləyir.

"O, (Hesabat. - Report) müəyyənedici olacaq. Bəlkə heç bir görüş olmadı... Bu aqressiya mənim xoşuma gəlmir, bu mənə qətiyyən lazım deyil", - qəzet onun sözlərini sitat gətirib.