Avstraliya sahillərində 30a yaxın delfin və balina cəsədi tapılıb


Dünya 28 Noy 2018 08:52:00 273 0

Avstraliya sahillərində 30a yaxın delfin və balina cəsədi tapılıb

Avstraliyanın Viktoriya ştatının Melbrun şəhərindən təqribən 500 km aralıda, Kroacinqolonq Milli Parkı sahilində 27 qara delfin və bir donqar balina cəsədi aşkar edilib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bu səbəbdən hökumət ərazidə köpək balıqlarının fəallaşa bilmə ehtimalını nəzərə alaraq əhaliyə ətraf çimərliklərə getməməyi tövsiyə edib.

Viktoriya ştatının Ətraf Mühit, Torpaq, Su və Parklar İdarəsi heyvanların öldüyü ərazini təftiş edir, əraziyə vəhşi təbiət üzrə ekspertlər və baytarlar cəlb olunub.