İşdən çıxıb evə gedən qadını mikroavtobus vurub


Digərləri 28 Noy 2018 08:59:00 232 0

İşdən çıxıb evə gedən qadını mikroavtobus vurub

Bu gün səhər saatlarında Şəki şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, şəhərdə fəaliyyət göstərən çörək sexlərindən birində işləyən, rayonun 1980-cı il təvəllüdlü Aşağı Küncüt kənd sakini Səxavət Seyid qızı Məmmədli işdən çıxıb evə gedərkən "Mercedes" markalı sərnişin mikroavtobusu tərəfindən vurulub.

Qəzadan sonra S.Məmmədli ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, qadına ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.