Venesuelada Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi vurulub


Dünya 28 Noy 2018 08:33:00 248 0

Venesuelada Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi vurulub

Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı son 15 gün ərzində Kolumbiyadan gələn narkotik satıcılarının 4 təyyarəsinin vurulduğunu bildirib.

Son.az "report"-a istinadən bildirir ki, o bunu dövlət televiziyasının efirində deyib.

"Bu 15 gün ərzində, Venesuela səmasını yarıb keçmək istəyən, lakin bolivar Hərbi Hava Qüvvələri ilə üzləşən Kolumbiya narkotik trafikinin dörd təyyarəsi vurulub", - deyə Maduro bildirib.