Azərbaycanda alimin verdiyi proqnoz özünü doğrultdu: 2 vulkan püskürdü, 4ü isə...


Digərləri 28 Noy 2018 07:55:00 208 0

Azərbaycanda alimin verdiyi proqnoz özünü doğrultdu: 2 vulkan püskürdü, 4ü isə...

Azərbaycanda yeni palçıq vulkanlarının püskürəcəyi ilə bağlı verilən proqnoz özünü doğruldub. Artıq 2 vulkan püskürüb, 4 vulkanın isə bu ilin sonuna kimi və 2019-cu il ərzində püskürəcəyi ehtimal edilir.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, hələ oktyabrda Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarında püskürmə olacağı ilə bağlı proqnoz verilmişdi:

"Şəkixan və Ayazaxtarma palçıq vulkanlarındakı püskürmə ehtimalları təsdiqlədi. Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Qobustanda təcrübə-kəşfiyyat işləri apararkən vulkanların yeni oyanışlarının izlərini təyin ediblər. Püskürmələr zəif olub".

Professor əlavə edib ki, bir necə il davam edən sakitlik dövründən sonra 2017-ci il Azərbaycanda vulkanların püskürməsi intensivləşib. Təkcə keçən ilin birinci yarısında Abşeron yarımadasında (Otmanbozdağ, Lökbatan, Keyrəki) və Şamaxı-Qobustan rayonunda (Bozaaxtarma, Şixzərli, Qarıca və Şəkixan) 7 vulkan püskürüb.