İsveçin vergi sistemi


Dünya 28 Noy 2018 05:30:00 242 0

İsveçin vergi sistemi

İsveçlilər ən intizamlı vergi ödəyiciləridirlər. İctimai rəy sorğuları göstərib ki, skandinaviyalıların əksəriyyəti, istənilən ölçüdə vergini ödəməyə hazırdırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İsveçdə tariflər və ödənilən vergi məbləğləri bir sıra amillərdən asılıdır: vergiödəyicisinin yaşından, qeydiyyata alındığı yerdən, əməkhaqqının ümumi məbləğindən, əmək növündən - muzdlu işçi və ya fərdi sahibkar olmasından və s. Bir ümumi qayda mövcuddur: kim çox qazanırsa, vergi xəzinəsinə də onlar daha çox ödəyir.

Vergilər iki hissədən ibarət olur: yerli (kommuna) və dövlət yığımlarından. Yerli vergilərin tarifi kommunadan asılı olaraq orta hesabla 29-35 faiz arasındadır. İl ərzində 443 200 krondan az (54 070 ABŞ dolları) qazanan şəxslər yalnız kommuna vergisini ödəyirlər. İllik qazanc bu məbləğdən yüksəkdirsə, onda həm də 20 faiz həcmində dövlət vergisi çıxılır. Gəlirləri 638 800 krondan çox olanlar, həmin hüdudu keçən vəsaitdən daha 5 faiz vergi ödəməli olurlar.