Çempionlar Liqası: qrup mərhələsinin 5-ci turunun ilk oyun günü (VİDEO)


Digərləri 28 Noy 2018 02:22:00 318 0

Çempionlar Liqası: qrup mərhələsinin 5-ci turunun ilk oyun günü (VİDEO)

İlk oyun günündə 8 görüş keçirilib.

Bakı. Tural Turan - İlk oyun günündə 8 görüş keçirilib. Trend-in məlumatına görə, E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Qrupun digər oyununda "Ayaks" Yunanıstanda AEK-in qonağı olub. Səfərdə qazanılan 2:0 hesablı qələbə niderland klubunu qrup mərhələsində sona 1 tur qalmış pley-offa yüksəldib. Günün ən maraqla gözlənilən oyunlarından biri Romada keçirilib. Qrup lideri olan şəhərin eyniadlı komandası "Real"ı qəbul edib. Oyunda hesabı 46-cı dəqiqədə uelsli hücumçu Qaret Beyl açıb – 0:1. 59-cu dəqiqədə isə Benzemanın pasını Lukas Vaskes qola çevirib – 0:2. Matç bu hesabla bitib. Bununla da, “Real” 12 xalla birinci pilləyə yüksəlib. “AEK” (Yunanıstan) - "Ayaks" (Hollandiya) - 0:2 "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:1