Yeni Zelandiyada çiyələyin içərisində iynə aşkarlanıb


Digərləri 28 Noy 2018 01:30:00 293 0

Yeni Zelandiyada çiyələyin içərisində iynə aşkarlanıb

Yeni Zelandiya sakini çiyələyin içərisində iynə tapıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "New Zealand Herald" nəşri məlumat yayıb.

Cənub adasında yerləşən Ceraldin şəhərinin sakini bildirib ki, giləmeyvəni supermarketdən alıb.

Yeni Zelandiyanın Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hazırda polis hadisənin səbəblərini araşdırır.