Hacı Nuran bunları ilk DƏFƏ AÇIQLADI: "İllər sonra xəyanətlə..." MÜSAHİBƏ FOTO


Şou-biznes 28 Noy 2018 00:45:00 647 0

Hacı Nuran bunları ilk DƏFƏ AÇIQLADI: "İllər sonra xəyanətlə..."  MÜSAHİBƏ  FOTO

Son.az bildirir ki, tanınmış aparıcı və "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynov Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Həkimlər icazə vermir ki...

- Şükürlər olsun ki, səhhətim indi yaxşıdır. Həkimlər səhhətimə diqqət etməyi tapşırıb, lakin çox səs-küylü yerdə qalmağa icazə vermirlər.

- İndiki ağlım olsaydı...

- Çox çətin sualdır... Vaxtilə uşaq evlərindəki bir çox uşağın qayğısına qalıb onlara yardım etmişdik. İllər ötdükcə əlaqəni pozdular, mənimlə görüşüb danışmırlar. Nəinki mənə, onlara yadım edən digər insanlara qarşı da eyni münasibəti göstərdilər. Onlara deyirdim ki, vaxt gələcək və siz mənimlə danışamayacaqsınız, heç salam verməyəcəksiniz. Həyat elədir ki, yaxşılığı edib dənizə atırsan, amma istər-istəməz ürəyin qırılır... Yaxşılıq etdiyim üçün heyfsilənmirəm, sadəcə istəyirsən ki, hörmət görəsən, hərdənbir onlarla hal-əhval tutasan. Yaxşılıq etdiyin insanın bir salamını gözləyirsən. Təəssüf ki, işləri tam düzələndən sonra yadlarına düşmürsən, daha lazım olmursan.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Dəyişməli çox məqam var. İstərdim ki, insanlar bir-birilərinə qarşı münasibətdə daha dürüst və daha səmimi olsun, xəyanət və qeybət olmasın. İndiki zamanda görürsən ki, səninlə deyib-gülən tanışlar gedib başqa yerdə ardınca danışırlar.

- Dostluq...

- Əhatəm genişdir, şükür Allaha ki, qarşıma adətən özüm kimi insanlar çıxır. Bu yaxınlarda bir insanla tanış olmuşam, sanki 42 ildir bir-birimizi tanıyırıq, ürəyimi oxuya bilir. Dostluq uşaqlıqdan etibarən qurulan münasibət deyil. Belə dostluqlar illər sonra bəzən xəyanətlə nəticələnir.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Ailəcanlı və həyat yoldaşını sevən kişilər xanımlarını heç vaxt aldatmır.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Əlbəttə ki, böyük ürəyi olmalıdır.

- Yaş kompleksi...

- Yaşımı gizlətmirəm, yaş kompleksi əsas qadınlarda rast gəlinir.

- Qadına qarşı şiddət...

- Əri tərəfindən döyülən qadınlara və onların uşaqlarına yazığım gəlir.

- Vanqa nənə ilə görüşsəydim...

- Dünyada heç bir fəlakət və ya ölüm hadisəsinin olmayacağı günü soruşardım.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- İncidiyim və ya anlaşılmazlıq yaşadığım anlar olur. Lakin kin saxlamağı xoşlamıram, hər kəsi bağışlayıram. Onsuz da həyat qısadır, niyə ömrümüzü küsərək keçirək, müəyyən müddət sonra barışırsan.

- Unuda bilmədiyim insana demək istərdim ki...

- Zamanla valideyn itkisindən başqa hər şeyi həyat özü sənə unutdurur. Ana-ata yoxluğunu heç kim əvəz etmir, bu yara heç zaman sağalmır. Anamın xəstəliyinin son günləri yadıma düşəndə özümü pis hiss edirəm, ağlamaq istəyirəm.


Xəbərə aid fotolar