Həzrət Peyğəmbərin ailəsi ilə rəftarı


Digərləri 27 Noy 2018 23:50:00 277 0

Həzrət Peyğəmbərin ailəsi ilə rəftarı

Əziz Peyğəmbərimiz (s) əxlaqı bütün bəşər üçün bir nümunədir. İnsanın ailəsinə göstərdiyi gözəl rəftarı, əxlaqı o Həzrətin (s) təkamül yolunda əldə etdiyi nailiyyətlərdən xəbər verir. O kəs ki, ailə üzvlərinə qarşı xoş rəftar göstərərsə, deməli, ümumiyyətlə xoş əxlaqlı insandır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) - İlahi əxlaqın ən üstün nümunəsi idi. O, əxlaqı təkmilləşdirmək üçün məbus olmuşdur. Ona görə də Həzrətin (s) ailə təcrübəsindən bəhrələnək və özümüz də bu cür olmağa çalışaq. (Erfan)

Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Aişə Həzrətin (s) əxlaqi xüsusiyyətlərinə agah idi. Feyz Kaşani "Muhəzzətil-bəyaz" kitabında Səyid ibni Həşamdan nəql edir: "Aişədən Peyğəmbərin (s) əxlaqı barədə soruşdum və o, dedi: "Məgər Quran oxumursan?". Dedim: "Niyə? Oxuyuram". Dedi: "Rəsulallahın (s) əxlaqı - Quran əxlaqıdır. Heç kim Peyğəmbərdən (s) xoş xasiyyət deyildir. Səhabələrindən və Əhli-beytindən (ə) kimsə onu çağırsa "Ləbeyyk"dən başqa bir söz demirdi".

Bəli, Peyğəmbərimiz (s) Quranın buyurduqlarına həm qəlbində və həm də həyatında əməl edirdi. Ona görə də Həzrət (s) - Quranın təcəsümüdür. Belə

ki, Quran buyurur: "Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi". ("Bəqərə" 285).

Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən ən yaxşısı - həyat yoldaşı ilə xoşrəftar edəninizdir. Mən sizin hamınızdan həyat yoldaşlarıma qarşı xoş rəftar edənəm".

Buna şahid olanlar yazırlar ki, Peyğəmbər (s) evində ailəsinə xidmət edərdi. Əti doğrayardı, keçisini sağardı. Paltarını yamayardı, dəvəsinə ot verərdi. Xidmətçisi ilə bir yerdə unu ələyər və xəmir yoğurardı.