Azərbaycanlı ekstrasens Rusiyada yüksək vəzifə alır?


Digərləri 27 Noy 2018 23:52:00 280 0

Azərbaycanlı ekstrasens Rusiyada yüksək vəzifə alır?

Moskva şəhər Dumasının deputatı, ictimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev Rusiyada Maqlar Assosiasiyası təsis etmək barədə təklif irəli sürüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Anton Paleyev peşəkar ekstrasenslərlə şarlatanları ayırd etmək üçün belə bir qurum yaratmağın vacib olduğunu söyləyib

Bu təklif səsləndirildikdən sonra sosial şəbəkə istifadəçiləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bu quruma rəhbərlik etməsini təklif ediblər. Məşhur ekstrasens bildirib ki, Maqlar Assosiasiyası yaradılsa belə, o, rəhbər olmaq fikrində deyil.