Namaz – imanla küfr arasında sərhəddir


Digərləri 27 Noy 2018 23:55:00 343 0

Namaz – imanla küfr arasında sərhəddir

Bəzi insanlar qəlb hüzuruna malik ola bilmədikləri üçün namazlarını tərk edərlər. Ancaq əslində bu, sadə bəhanə deyil, dəhşətli şeytani vəsvəsədir ki, həmin şəxsi daha böyük günaha düçar edər. İnsanla Allah arasında olan rabitəni qət edər. Onunla mələkut aləmi arasında fasilə yaradar. Küfr və itaətsizliyi üçün zəminələr hazırlayar.

Son.az deyerler.org-a istinadən bildirir ki, hədislərin birində oxuyuruq: "İmanla küfr arasındakı sərhəd, namazı tərk etməkdir".

O kəs ki, qəlb hüzuru əldə etmək yerinə namazını tərk edərsə, məsələni həll etmək yerinə düşməni sevindirmiş olar və onun üçün yolları açmış olar.