"Qara qızıl" bazarında neftimiz bahalaşdı


Digərləri 27 Noy 2018 23:59:00 256 0

"Qara qızıl" bazarında neftimiz bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 63,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,88 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 61,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 26-da 57,68 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,79 dollar/barel çoxdur.