Qara ciyəri möhkəmləndirən vasitələr


Digərləri 27 Noy 2018 23:25:00 249 0

Qara ciyəri möhkəmləndirən vasitələr

Qara ciyər insan orqanizmində ən əsas orqanlardan biridir.

Qara ciyərin sağlamlığı  bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qara ciyər orqanizmin filtridir. Filtr "çirklənəndə", şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.

Spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma (menyuda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fast-fud qidaların və s. olması), dərman preparatların nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qara ciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qara ciyərin funksiyasının pozulması simptomları meydana çıxır - sağ tərəfdə qabırğa altı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan "səbəbsiz" baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik və s.

Qara ciyəri sağlam saxlamaq və möhkəmləndirmək istəyən insan, təbii ki, siqaret və spirtli içkilərdən imtina etməli, sağlam qidalanma prinsiplərinə əməl etməli, dərman preparatları özbaşına yox, yalnız həkim təyin etdikdən sonra qəbul etməlidir, stres və həyəcanlamalardan uzaq olmalıdır. Qara ciyər digər həzm orqanları kimi qida qəbulları arasında uzun fasilələr "xoşlamır". Qidanı gün ərzində 4-5 dəfə olmaqla qəbul etmək lazımdır. Bu qara ciyəri artıq yükləmədən qoruyur.

Müəyyən vasitələr qara ciyərin təmizlənməsinə və möhkəmlənməsinə kömək edir. Bu vasitələrin arasında:

- Qara ciyər bu kimi məhsulları xoşlayır: balqabaq (şirə içmək, sıyıq bişirmək olar, balqabaq tumaları da xeyirlidir), yemiş, çuğundur, sitrus meyvələri (xüsusilə portağal), müxtəlif göyərtilər (xüsusilə kərəviz, cəfəri), süd məhsulları (xüsusilə kəsmik, pendir), müxtəlif sıyıqlar (xüsusilə qarabaşaq, yulaf yarmaları). Sadaladığımız məhsulları daha tez-tez qəbul etmək lazımdır.