Türkiyə XİN: Vəliəhd şahzadə Ərdoğandan görüşməyi xahiş edib


Dünya 27 Noy 2018 23:17:00 232 0

Türkiyə XİN: Vəliəhd şahzadə Ərdoğandan görüşməyi xahiş edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ben Salman prezident Rəcəb Tayyib Ərdoğandan "G-20" sammitində görüşmək istəyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Çavuşoğlu "Suddeutsche Zeitung" nəşrinə müsahibəsində bildirib.

"Bəli, o Ərdoğandan telefonda Buenos - Ayresdə görüşə biləcəklərini soruşub. Ərdoğan ona cavab verib: "Baxarıq", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ben Salmanın jurnalist Camal Qaşıqçının İstanbulda Səudiyyə ərəbistanında qətlə yetirlməsindən xəbərdar ola biləcəyini bildirib. "Mən Trampın niyə belə dediyini bilmirəm... Mən amerikalıların bizim bilmədiyimiz sübutlarının da olduğunu bilmirəm. Biz əmin olmalıyıq".

Daha əvvəl Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.