Bu insanlar öz daxillərində od istehsal edirlər


Digərləri 27 Noy 2018 23:20:00 247 0

Bu insanlar öz daxillərində od istehsal edirlər

Sübhan Allah Quranda buyurur: "Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar". ("Cinn" 15).

Bu ayədə "qasitun" sözü kimlərə aid edilir?

"Qasitun" sözünün mənası "zülm və əziyyət" deməkdir. Bu söz - ədalət sözünün antonimidir. Yəni, zalımlar cəhənnəm atəşinin odunu olacaqlar.

Qurani-Kərim bəzi insanlardan bəhs edən zaman buyurur ki, bu insanların özləri daxildən atəş istehsal edərlər. Onlar kafirlərin rəhbərləridir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala onların haqqında buyurur: "Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin". ("Bəqərə" 24).

Başqa ayəsində isə buyurur: "O, Allahın yanar odudur. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar)". ("Huməzə" 6-7).