Bu nazirliklərdə yüksək vəzifələr boşdur


Digərləri 27 Noy 2018 23:03:00 264 0

Bu nazirliklərdə yüksək vəzifələr boşdur

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 noyabr 2018-ci il tarixində 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 46-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 18-i isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda Aparat rəhbərinin müavini - direktor müavini, Dövlət Məşğulluq Xidmətində rəis müavini və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Energetika Nazirliyində şöbə müdiri və sektor müdiri, Dövlət Turizm Agentliyində dövlət orqanı rəhbərinin müşaviri vəzifələridir. Ümumilikdə isə, Maliyyə Nazirliyində 1 vəzifə, Sumqayıt Apelyasiya Məhkəməsində 1 vəzifə, Energetika Nazirliyində 5 vəzifə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 46 vəzifə, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyində 2 vəzifə, Şəki İnzibati-İqtisadi Məhkəməsində 5 vəzifə, Dövlət Turizm Agentliyində 3 vəzifə və Ali Attestasiya Komissiyasında 2 vəzifə olmaqla 65 vakant vəzifə elana çıxarılıb.