Coratda top mərmisi aşkarlandı FOTO


Digərləri 27 Noy 2018 22:52:00 200 0

Coratda top mərmisi aşkarlandı  FOTO

Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində 1 ədəd top mərmisi aşkar olunub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, bu gün saat 17:36-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 17:39-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar