Təmiz qəlbə malik olmaq kifayətdir, yoxsa namaz qılmaq vacibdir?


Digərləri 27 Noy 2018 22:50:00 478 0

Təmiz qəlbə malik olmaq kifayətdir, yoxsa namaz qılmaq vacibdir?

Belə sual verənləri yəqin ki, siz də görmüsünüz. Onlar deyirlər: "Məgər zahiri namaz yerinə, həqiqi təmiz qəlbə malik olmaq yaxşı deyildirmi?".

Bu suallarla bağlı bir neçə nöqtəyə işarə etməliyik:

1. Bu, təbiidir ki, İslam dini keyfiyyətə kəmiyyətdən daha çox üstünlük verir. Zahirdən çox, batinə daha çox diqqət edir.

2. Zahir ilə batinin bir-birinə təsirini inkar etmir. Belə ki, gözəl geyim insanın sevincli və şad olmasına səbəb olar. Bədənin çirkli və üfunətli iy verməsi ruhu incidər və onda ikrah hissi yaradar.

3. Bu iki amildən də mühüm olanı budur ki, zahiri hifz etməyin, batini hifz etməyə təsiri böyükdür. Misal üçün, əgər bananın qabığını soysanız, onu uzun müddət saxlaya bilməzsiniz. Əgər xurmanın qabığını soysanız, onun daxili tez büzüşər və quruyar.

Bu deyilən üç amil ibadətin zahir və batininə də şamil edilir. Dinin zahiri meyvə qabığı kimi olsa da, mühüm olan - dinin batinidir və qəlbin pak olmasıdır. Ancaq onu da qeyd etməliyik ki, əgər zahir qorunmazsa, batin tez bir zamanda zərər görəcəkdir.

Bu həqiqəti qəbul etmək lazımdır ki, hər kimin qəlbi pak olar və namaz qılmazsa, nəticədə qəlbi paslanar və paklığı aradan gedər. Hər kim hicaba riayət etməzsə, get-gedə zərər görər. Çünki namaz və hicabın əsas məqsədi - qəlbi və batini pak saxlamaqdır. Çünki hər dəfə namaz qılan zaman Allahdan istəyirik ki, bizi doğru yol olan Siratül-müstəqimə tərəf hidayət etsin. Bu dediklərimizdə məqsəd - qəlbimizin pak və günahdan uzaq halda qalmasıdır.