Soyuq gündə isinməyin 10 yolu


Digərləri 27 Noy 2018 22:35:00 221 0

Soyuq gündə isinməyin 10 yolu

Axır günlər aranızda üşüyən varmı? Aşağı düşən temperaturlar, kəskin küləklər və isinmək üçün adi mövsümi mübarizə artıq payızın əsl üzünü göstərir.

Siz və Sizin ( You and Yours) verilişi qışda isinməyin yollarını araşdırıb. Bu qış bədəninizi və qəlbinizi isti saxlamaq üçün sizə asan vasitələr təqdim etmək qərarına gəldik.

1. Evdə yanınızda bir örtük saxlayın

Evdə isinmək üçün örtük əla vasitədir. Yatarkən üşüməmək üçün yorğanın üzərindən qalın bir ədyal ata bilərsiniz. Yaxud film izləyərkən şala bürünmək istirahətinizə başqa bir dad qatar.

Əsas məsələ isə doğru yorğan seçimidir. Tərkibində artıq sintetik olan yorğanlar sizi tərlədər. Ən yaxşısı yun ədyaldır.

2. Qızdırıcılardan istifadə edin

İçinə isti su doldurulan qızdırıcılardan çox vaxt yatan zaman yararlanırıq. Bu rezin dostdan daha çox istifadə edə bilərik: divanda oturarkən, işə getməmişdən əvvəl maşınınızın oturacağını isitmək üçün, uzun gəzintilər zamanı gödəkçənin içinə qoyaraq və ya ofisdə üşüməmək üçün dizimizin üstündə saxlayaraq. Bu yolla qışın haradan gəlib, haraya getdiyini hiss etməyəcəksiniz.

3. Ləzzətli isti şokolada "yox" deməyin

Soyuğu hiss etməmək üçün tez-tez isti içkilər qəbul etmək ləzzətli vasitədir. Bu zaman bədən temperaturu daxildən yüksəlir. (Ancaq qaynar içkidən uzaq durun. Qaynar içki bizi sürətlə tərlədir və bədən eyni sürətlə də soyuyur!)

Özünüzü kremli, marşmelovlu və ya karamelli isti şokolada qonaq edin. Qışın da öz üstünlükləri var.

4. Yağlı qidalardan yan keçməyin

İsti şokoladınızı kremli-qaymaqlı içməyin digər yaxşı səbəbi də tərkibindəki yağdır. Belə ki, yağlı qidalar bədənin daxili istiliyini artırır. Orqanizm həzm prosesində enerjidən istifadə edir. Bu zaman bədənimiz isinir və yağlar gec həzm olunduğuna görə bədənimiz uzun müddət isti qalır.

Qızardılmış çörəyə çoxlu yağ sürtün, yer fıstığını bol-bol yeyin və avokadodan yan keçməyin!

5. Zəncəfilə dadanın

Zəncəfil kökü qan dövranını sürətləndirərək bədən temperaturunu artırır. İsti suya azca limon sıxın, bal qatın və sürtgəcdən keçirilmiş zəncəfil kökünü əlavə edib, qarışdırıb için. Yaxud tərəvəz qızartmasına bir-iki xırda tikə zəncəfil də əlavə edin.

Zəncəfilli çörək də yaxşı seçimdir. Zəncəfilin dadı və qoxusunu bəyənmirsinizsə, qana yaxşı təsir edən başqa qidalardan istifadə edin, məsələn, istiot, sarımsaq və goji meyvəsi soyuq havada dostlarımız sayıla bilər.

6. Yelin qarşısını alın