Neqativ enerji və pis niyyətlərdən qoruyan


Digərləri 27 Noy 2018 22:04:00 196 0

Neqativ enerji və pis niyyətlərdən qoruyan

Mənəvi inkişaf prosesində vibrasiyaların sayı artır. Bu zaman sual yaranır ki, kənar mühitdə, geniş toplum arasında daxili harmoniyanı necə qoruya bilərik? Kənar enerjilərin auramıza təsir göstərməməsi üçün nə etməliyik?

Hər kəsin energetikası müxtəlifdir. Yadda saxlayın ki, mənəvi cəhətdən sizi kamilliyə doğru aparan məşqlərlə məşğul olursunuzsa, o zaman enerji sahəsinin öz saflığını qoruyub saxlayırsınız. Digər insanların emosiyalarına və enerjilərinə həssaslıq göstərirsinizsə, enerji müdafiə texnikası sizə mütləq lazım olacaq.

Energetik qoruma nə üçün lazımdır?

Hər bir insan enerji sahəsinə - auraya malikdir. Kiminsə aurası məhduddur, digərinin isə diametri bir neçə metr uzundur. İctimai yerlərdə hər birimiz başqalarının enerji sahələri ilə ünsiyyətə giririk. Bu yolla yad enerji sizin auranıza qarışır.

Son.az publika.az-a istinadən xəbər verir ki, əgər insan yüksək əhval-ruhiyyədədirsə, o, işıq və sevinc yayır. Təəssüflər olsun ki, insanların çoxu problemlərinin həll yollarını düşüncələrində daşıyır və bu, onların aurasında əks olunur. Bizim əsas məqsədimiz odur ki, daxili harmoniya balansını qoruya bilək. Aşağıda auramızı kənar təsirlərdən qoruyan texnikalar verilib. Lakin unutmayın ki, onları sizə təsir edəcəyi qorxusundan deyil, insanlara olan sevginizdən dolayı tətbiq edirsiniz. Öz enerjinizi müdafiə etməklə siz başqalarını özünüzdən uzaqlaşdırmısınız. Əsas odur ki, qəlbinizdə onlara olan sevgini qoruya biləsiniz.

Daxili vəziyyətin qorunmasına dair ümumi tövsiyələr

Texniki məsələlərə keçməzdən əvvəl enerji qorunmasının ümumi qaydaları barədə xatırladaq və qeyd edək ki, əksər hallarda sizə mənfi enerjidən qorunmaq lazım olmayacaq. Əgər daxilinizdə neqativ yoxdursa, o, sizə cəlb olunmayacaq.

Beləliklə, tövsiyələr:

Dramı özünüzə cəlb etməyin;

Hökm etməyin;

Qeybət etməyin;

Müntəzəm olaraq torpaqda gəzin;

Enerji gimnastikası ilə məşğul olun;

Meditasiya edin;

1. Auranın balanslaşdırılması

Geniş insan əhatəsində olduğunuz zaman auranızı 70 sm-dən 1 mm-dək qədər sıxın. Böyük qələbəliklər və ya xalq qarşısında çıxış edən kəslər isə əksinə, insanları öz aurasının təsirinə salmaq üçün onların enerjisi özünə çəkir. Bu halda bizim vəzifəmiz başqadır - başqalarının mənfi hisslərini almamaq. Odur ki, ictimai yerlərə getməzdən əvvəl energetik sahəsinin sərhədlərini araşdırın. Onlar sıx olmalıdır. Aura boşluqlarını yoxlayın. Əgər onlar varsa, elə düşünün ki, ürəyinizdən çəhrayı (və ya başqa) işıq yayılır və ətrafınızdakı hər şey homogen bir hala gəlir.

2. Texniki qoruma - yumurta (Barama)

Bu texnika çox yaxşı işləyir. Özünüzü ağ enerji baramasında təsəvvür edin. Ağ rəng sizi maksimum müdafiə edir. O, keçilməzdir. Siz ağ yumurtanın içində olarkən nə sizdən heç nə getmir, nə də sizə heç nə gəlmir. Bu zaman energetik baxımdan gözəgörünməzə çevrilirsiniz. Vəziyyətdən asılı olaraq və başqa rənglərdən istifadə edə bilərsiniz:

Əgər sevgi lazımdırsa, özünüzü çəhrayı işıqla mühasirəyə alın.

Şəfa üçün yaşıl rəng uyğun gəlir.

Müdafiə üçün göyü seçin.

3. Bənövşəyi alov müdafiəsi