Çirkli bezlərin sayı ilə körpənin doymasının təyin edilməsi


Digərləri 27 Noy 2018 22:05:00 240 0

Çirkli bezlərin sayı ilə körpənin doymasının təyin edilməsi

Ana südü ilə qidalanan körpələrin analarını ən çox maraqlandıran sual "Körpəm doyurmu?" sualıdır.

Əksər analar körpənin tez-tez əmərək yuxulaması və yenidən oyanaraq döşə qoyulmasını istəməsi səhv və çaşdırıcı təəssürat yaradır. Gənc valideynlər unutmamalıdırlar ki, dünyaya yenicə göz açan körpənin çox kiçik ölçülü mədələri, məhdud gücləri və hələ tam formalaşmamış əmmə qabiliyyəti olur. Körpənin doyması haqqında əmin olmaq istəyən ana müxtəlif metod və vasitələrə müraciət edirlər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, lakin ən etibarlı və düzgün üsullardan başlıcası yaş və çirkli (nəcisli) bezləri saymaqdır. Çünki bədən nə qədər qəbul edirsə bir o qədər də ifraz edir. 1-2 günlük körpənin mədəsinin ölçüsü təxminən bir albalı, 3-4 günlük bir qoz, 5-6 günlük bir ərik, 1-3 həftəliyin isə bir toyuq yumurtası böyüklüyündədir. Məhz bu səbəbdən körpəyə qida rejimi tətbiq olunmadan, tez-tez və az-az yeməsi tamamilə normaldır.

Hesablamalara görə, sutkada 8-12 əmizdirmələr və nəticədə eyni sayda sidiyə getmələr olmalıdır. Pediatrların tövsiyyələrinə görə, körpələrə 6 ayına kimi ana südündən əlavə heç bir formada digər mayelər (su, çay, şirə və s.) verilməməlidir.

Yalnız ana südü ilə qidalandırılan körpələrin yaş və çirkli bezlərinin sayılması üsulu onların doyması haqda ən dürüst məlumat verə bilər. Etalon olaraq bir uşaq bezinə 1 xörək qaşığı su tökün, bu sizə bir sidiyə getmə miqdari haqqında təsəvvür yaradacaqdır. Baxmayaraq ki, uşaq bezləri körpələri uzun müddət quru saxlamaq xassəsinə malikdir lakin xaricdən hətta bir dəfə yaş olan bez yumşaq olur. Bu göstəriciyə əsasən, cüzi miqdarda yaş və yumşaq olan bezi dəyişərək sayını qeyd etmək olar. Beləcə sutkada körpənin sidiyə getmə tezliyini ölçmək olar.

- 1-2 günlük körpə - 2 yaş və 2 çirkli,