Səmanın və yerin 7 qatlı olmasının mənası nədir?


Digərləri 27 Noy 2018 21:50:00 245 0

Səmanın və yerin 7 qatlı olmasının mənası nədir?

Yeddi rəqəminə işarə edən "səbh" sözü ərəb dilində iki mənada istifadə olunur.

1. Riyaziyyatda istifadə olunan yeddi rəqəmidir.

2. Çoxluq bildiriən sözdür. Bəzən ərəblər onu çoxluğa işarə edən metafora kimi istifadə edirlər. Son.az deyerler.org-a istinadən bildirir ki, misal üçün: "Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur)". ("Loğman" 27).

Yeddiqatlı səma nədir?

Təfsirçilərin nəzərinə görə:

1. Yeddi, həqiqi mənasında istifadə olunmuş və yeddi qatlı səmaya işarə edir.

2. Yeddiqatlı səma dedikdə bu cür mövcud olan və tanımayan başqa yeddi səmanın olduğuna işarə edir.

3. Yeddi, qürb mənasındadır və ali mənəvi varlığa işarə edir.