Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir...


Digərləri 27 Noy 2018 21:25:00 272 0

Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir...

İtburnu xalq təbabətində həm təzə, həm də qurudulmuş şəkildə çox geniş istifadə olunur.

Bu giləmeyvənin nadir xüsusiyyətləri onu bir çox xəstəliklər və pozulmalar zamanı olduqca təsirli müalicəvi vasitə edir.

Bu giləmeyvə  zəngin kimyəvi tərkibinə malikdir: vitaminlər (C, B qrupu, P, K, E), karotin, minerallar (kalium, kalsium, maqnezium, dəmir, fosfor, mis və s.), orqanik turşular (alma turşusu, limon turşusu), efir yağları, fitonsidlər, pektinlər və s. Məhz bu səbəbdən itburnu təbii polivitamin sayılır. Uşaqlara, yaşlı, zəifləmiş, xəstə insanlara itburnu dəmləməsini (çayını və s.) ümumi möhkəmləndirici vasitə kimi vermək olar.

İlk növbədə itburnu C vitamini ilə çox zəngindir. C vitamini orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. C vitamini güclü antioksidantdır. Bu o deməkdir ki, bu vitamin orqanizmi qocalma və dağılma proseslərindən qoruyur, bu prosesləri ləngidir. C vitamini ilə zəngin olan itburnu dəmləməsi orqanizmi cavanlaşdırır, dərini daha elastik və hamar edir.

İtburnu insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və infeksiyalarına qarşı davamlılığını artırır. Bu xüsusilə soyuq fəsillərdə vacibdir. Əgər siz hər gün 1 çay qaşığı təbii bal əlavə olunmuş 1 stəkan itburnu dəmləməsi qəbul etsəniz, soyuqdəymə xəstəliklərindən qorunmuş olacaqsınız.

Uşaqlar üçün bu xüsusilə vacibdir. Uşaqlara hər gün bal əlavə olunmuş 1/2 stəkan itburnu dəmləməsini vermək olar.

C vitamini və rutinlə zəngin olan itburnu damarların elastikliyini artırır, damarları möhkəmləndirir, varikoz xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Bundan əlavə itburnu damarları artıq xolesterindən təmizləyir və bu səbəbdən ateroskleroz xəstəliyinin profilaktikasında geniş istifadə olunur.

Pediatriyada itburnu dəmləməsinin qəbulu burun qanaxmalarına meyilli olan uşaqlara tövsiyə olunur.