Bu şəkli tərpənən görürsünüzsə, bu sizin stresli olmağınız deməkdirmi?


Digərləri 27 Noy 2018 21:12:00 314 0

Bu şəkli tərpənən görürsünüzsə, bu sizin stresli olmağınız deməkdirmi?

Əgər son vaxtlar Twitter-də olmusunuzsa, yəqin ki, bu illüziyanı görmüsünüz.

Əslində bu şəklə baxan bir çox adamlara belə gəlir ki, təsvir hərəkət edir.

Hərçənd şəkil tamamilə hərəkətsizdir. Vahiməlidir, elə deyilmi.

Amma tvitlərə görə (onlardan Tumblr-ə aid olan bir post artıq silinib) bu adi bir illüziya deyil.

Postlarda deyilir ki, bu şəklin hərəkət sürəti sizin nə dərəcədə stresli olduğunuzu göstərir.

Bəziləri deyir ki, bu şəkli yapon nevrologiya professoru Yamamoto yaradıb və aşağıda belə bir təlimat yazıb:

"Əgər bu şəkil tərpənmirsə və ya yavaşca tərpənirsə, deməli, siz sağlamsınız və yaxşı yatmısınız. Əgər yüngülcə tərpənirsə, deməli bir qədər stresli və ya yorğunsunuz. Əgər şəkil davamlı tərpənirsə, deməli həddindən artıq stresslisiniz və ya ruhi probleminiz var".

Amma bu tamamilə saxta bir iddiadır.

Şəkli yaradan

Şəkli əslində Oleksandriya şəhərindən 50 yaşlı ukraynalı dizayner Yuri Perepadiya yaradıb.

O, bu şəkli 2016-cı ildə iki saatın ərzində hazırlayıb. Perepadiya israr edir ki, bunun streslə heç bir əlaqəsi yoxdur.