Bu şəkildə neçə nöqtə var?


Digərləri 27 Noy 2018 21:16:00 394 0

Bu şəkildə neçə nöqtə var?

Alim Jacques Ninio-nun yaratdığı optik illüziya sosial mediada "Şəkildə neçə nöqtə var?" sualı ətrafında geniş müzakirələrə səbəb olub.

İlk baxışda şəkildəki 12 nöqtəni eyni anda görmək demək olar ki, mümkün deyil.

Yaponiyalı psixologiya professoru Akiyoşi Kitaoka-nın Facebook-da paylaşdığı görüntü 24 saat içində yeddi min dəfə paylaşılıb.

Oyunlar hazırlayan Will Kerslake illüziyanı Twitter-də paylaşaraq yazıb: "Xətlərin kəsişdiyi yerlərdə 12 qara nöqtə var, lakin beynimiz eyni anda hamısını görməyə imkan vermir".

Bu tvit 24 saat içində 27 min nəfər tərəfindən paylaşılıb.

'Problem yoxdur, hamısını görə bilirəm,' bu istifadəçi yazıb

Fransalı elm adamı Jacques Ninio-un adı verilmiş təsvir şaquli, üfiqi və diaqonal xətlərdən formalaşıb. Xətlərin kəsişməsində 12 qara nöqtə mövcuddur.