Avtomobil nəhənglərinin CEOlarının illik qazancı


Digərləri 27 Noy 2018 20:24:00 291 0

Avtomobil nəhənglərinin CEOlarının illik qazancı

Keçdiyimiz günlərdə gəlirini az göstərdiyi üçün haqqında cinayət işi açılan "Renault", "Nissan" və "Mitsubishi"nin baş icraçı direktoru (CEO) Karlos Qosnun 16,9 milyon dollarlıq qazancı diqqəti avtomobil nəhənglərinin maaşlarına çəkib.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, maaşlara nəzər saldıqda illik gəliri 22 milyon dollar olan, həmçinin ayda 2,1 milyon dollar qazanan direktorların olduğu ortaya çıxıb.

"Toyota"nın CEO-su Akio Toyota - illik gəliri 3,35 milyon dollardır. Maraqlısı budur ki, şirkət CEO-sunun fransız köməkçisi Didiyer Leroy isə faiz və mükafatlarla birlikdə ildə 9,5 milyon dollar qazanaraq, müdirindən 3 dəfə artıq gəlir əldə edir. Gəlirinə görə adı siyahının son sıralarında olan Akio Toyotanın qazancı həbs olunmuş Qosnun gəlirinin təxminən 1/6 hissəsinə bərabərdir.

Avtomobil nəhənglərinin CEO-larının aldığı maaşları sizlərə təqdim edirik:

1. "General Motors"un (GM) CEO-su Meri Barra - illik gəliri 21,96 milyon dollar

İldə 2,1 milyon dollar maaş, 10,7 milyon dollar hissə payının gəliri, 4,96 milyon dollar faiz və mükafat, 4,2 milyon dollar da bütün təzminatlar

2. "Renault-Nissan-Mitsubishi"nin rəhbəri Karlos Qosni - illik gəliri 16,9 milyon dollar

"Renault"dan 8,4 milyon dollar, "Nissan"dan 6,5 milyon dollar, "Mitsubishi"dən isə 2 milyon dollar

3. "Ford Motors"un CEO-su Cim Haket - illik gəliri 16,7 milyon dollar

1,34 milyon dollar maaş, 10,37 milyon dollar hissə payından gələn gəlir, 4,6 milyon dollar faiz və mükafat, 420 min dollar isə bütün təzminatlar

4. "Ford Motor Company"nin rəhbəri Bil Ford - illik qazancı 15,6 milyon dollar

1,65 milyon dollar maaş, 10,27 milyon dollar hissə payı gəliri, 1 milyon dollar faiz və mükafat, 2,71 milyon dollar isə digər təzminatlar

5. "Daimler Benz"in CEO-su Dayter Zetşe - illik gəliri 9,8 milyon dollar

2,29 milyon dollar maaş, 3 milyon dollar hissə payından gələn gəlir, 4,5 milyon dollar faiz və mükafat