Azərbaycanda müalicə turizmi neçəyə başa gəlir?


Digərləri 27 Noy 2018 20:28:00 283 0

Azərbaycanda müalicə turizmi neçəyə başa gəlir?

Hazırda Azərbaycanda müalicə turizmi çox populyardır. O, Naftalan və Qalaaltıda inkişaf edib. 

Son.az xəbər verir ki, bununla bağlı media.az-a müsahibəsində peşəkar bələdçi, 14 ildir turizm sahəsi ilə məşğul olan Anar Hacıyev məlumat verib. 

Azərbaycanda müalicə turizminin maliyyə tərəfindən danışan A.Hacıyev bildirib ki, Naftalanda bir günlük iki nəfər üçün istirahət və müalicə 170 manata başa gəlir. 

"Qalaaltıda da istirahət və müalicə təxminən bu qiymətə başa gəlir. Ölkəmizin sakinləri üçün bu bahadır, amma eyni zamanda, Qalaaltı Azərbaycan vətəndaşları ilə doludur. Son 2-3 ildə buraya gələn rusiyalı turistlərin sayı da çoxdur. Rusiyalılar indi məlum səbəblərdən Ukraynanın Truskavets bölgəsinə gedə bilmir, Qalaaltının suyu isə Truskavetsin suyundan geri qalmır", - A.Hacıyev bildirib.