Qocalmanı tezləşdirən bu vərdişlərdən


Digərləri 27 Noy 2018 20:12:00 246 0

Qocalmanı tezləşdirən bu vərdişlərdən

Hər bir qadın gözəl, baxımlı olmaq istəyir. Bunun üçün hamı cürbəcür vasitələrə əl atır. Ən əsası isə heç bir qadın qocalmaq istəmir. Ancaq elə pis vərdişlər var ki, bu prosesi tezləşdirir.

Son.az ölkə.az-a istinadən bəzi pis vərdişləri paylaşır ki, bunlardan uzaq durasınız.

1.Çoxlu şirniyyat yemək

Yadda saxlayın ki,  orqanizm şəkər molekullarını həzm edərkən fruktosamin maddəsi meydana gəlir. Bu isə elastan və kollagenin liflərini məhv edir. Nəticədə dəri incəlir, quruyur və qırışır.

Nə etməli? Ziyanlı şirniyyatı faydalısı ilə əvəz edə bilərsiniz: Çox şirin olmayan meyvələr, kəsmik və müxəlif sıyıqlar məsləhət görülür.

2.Günəşdə kremsiz qaralmaq

Günəş şüaları altında gəzərkən qəti günəş qoruyucu kremsiz çıxmayın. Günəş şüaları dərinin fotosintezini pozur. Sonra dəridə qızartılar və piqment ləkələr əmələ gəlir. Buda dərinin yaşlılaşmasına gətirib çıxardır.

Nə etməli? Mütləq çantanızda günəş qoruyucunuz olsun. Çimərlikdə qaralanda üzünüzü yaylıqla bağlamağınız sizin üçün daha yaxşı olar.

3. Düzgün edilməyən makiyaj

Əgər sürmə çəkəndə gözünüzün dərisin dartırsınızsa bu, dəriyə böyük ziyan vurur. Siz bunu hər gün təkrarlasanız  bir müddətdən sonra göz ətrafınızda mimik qırışların yarandığını görəcəksiniz.

Nə etməli? Göz dərinizi dartmadan makiyaj etməyi öyrənin.

4.Üz dərisini masaj etməmək

Mütləq üz dərisini masaj edin. Barmaq uclarının köməkliyi ilə üzünüzü masaj edin. Bu üz əzələlərini rahatlaşdırıb, qan dövranını yaxşılaşdırır. Bunun üçün xüsusi kremlər belə lazım deyil. Bunu üzü sabunlayıb etmək də olar. Hər gün 2-3 dəqiqənizi üz massajına ayırın.

5. Mayeləri çöplə  içmək

Hər dəfə biz çöpnən şirə içəndə dodaqlar "o" hərfi formasına düşür, dodaq ətrafı qırışır. Bu da zaman keçdikcə dodaq ərtafında dərinin təbii formasının pozulmasına gətirib çıxardır. Bir müddətdən sonra isə güzgüyə baxanda mimik qırışlar əhvalımızı pozur. Bunun üçün çöpdən mütəmadi istifadə etməməyi, ayda ildə bir dəfə bu həvəsinizi yerinə yetirməyi tövsiyyə edirik.