İşgəncələr Əleyhinə Komitə inzibati həbs olunan AXCP üzvləri ilə görüşüb,


Digərləri 27 Noy 2018 18:27:00 254 0

İşgəncələr Əleyhinə Komitə inzibati həbs olunan AXCP üzvləri ilə görüşüb,

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında komitənin sədr müavini Elçin Şirinov deyib.

E.Şirinovun sözlərinə görə, monitorinq zamanı komitə əməkdaşları saxlanılan şəxslərlə görüşüb: "Monitorinqi mən və komitə sədri Tural Hüseynov keçirmişik.

Monitorinq zamanı noyabrın 17-də Bakıda icazəsiz mitinqə cəhd edərkən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri-Ağababa Cəfərov, Cavid İbrahimov və Ruslan Əmirovla da görüşdük. Görüş zamanı onların saxlanma şəraitləri ilə maraqlandıq. Hər 3 şəxs bildirdi ki. məntəqədə saxlanma şəraitlərindən narazılıqları yoxdur, saxlanıldıqları kamerada normal şərait var və hər 3-ü eyni kamerada saxlanılır. Həmin şəxslər məhkəmə qərarı ilə 20 sutka inzibati həbs olunublar. Hər 3 şəxs məhkəmə qərarından narazıdırlar və bildirdilər ki, artıq qərardan apellyasiya şikayəti veriblər.

Həmin 3 nəfərin yaxınları ilə görüşü məsələsi ilə də maraqlandıq. Özləri bildirdilər ki, saxlanılandan sonra onların ailə üzvləri ilə görüşklərinə normal icazə verilib və bütün hüquqlarından istifadə edə biliblər. Bir sözlə, onlar məntəqədən heç bir şikayət etmədilər".