Nəhəng avtomobil istehsalçısı zavodları bağlamağa başladı


Dünya 27 Noy 2018 18:14:00 244 0

Nəhəng avtomobil istehsalçısı zavodları bağlamağa başladı

ABŞ-ın iri avtomobil istehsalı konserni "General Motors" (GM) 2020-ci ilin sonuna xərclərin azaldılması, kütləvi ixtisarlar və qeyri-rentabelli avtomobil markalarının buraxılmasının dayandırılması hesabına sərbəst gəlirlərin 6 milyard dollar artırılmasını qarşısına məqsəd qoyub.

Son.az Trend-ə istinadən xəbər verir ki, "General Motors"un baş direktoru Meri Barra deyib: "Biz şirkətimizin uzunmüddətli uğuru üçün dəyişən bazar şərtlərini qabaqlamağın zəruriliyini anlayırıq".

"General Motors" ötən 4 ildə krossover, yolsuzluq avtomobilləri və yük maşınlarının istehsalını artırmaq üçün 17,6 min əməkdaşın çalışdığı müvafiq müəssisələrə 6,6 milyard dollar investisiya yatırıb. 2019-cu ildə həmin resurslar ayrılmayacaq, bu isə o deməkdir ki, Detroyt, Ohayo ştatı və Oşava şəhərindəki zavodlar bağlanacaq. Şimali Amerika hüdudlarından kənarda daha iki zavod da işini dayandıra bilər. İlin əvvəlində şirkət Cənubi Koreyanın Kunsan şəhərindəki zavodun bağlanmasını elan etmişdi.