Ərdoğan: "Suriyada İŞİD yoxdur"


Dünya 27 Noy 2018 18:19:00 224 0

Ərdoğan: "Suriyada İŞİD yoxdur"

Suriyada İŞİD yoxdur.

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Onun sözlərinə görə, Suriyada terror dəstələri var: "Hamı Suriyada öz mənfəətini güdür. Biz Türkiyənin ərazi bütövlüyünü qorumaq üçün meydana girdik, risk etdik. Bu terror qrupuna zərbə vurduq. Biz bölgəmizdəki İŞİD şarını partlatdıq. İslamın başındakı ən böyük dərdlərdən birini çökdürməyi bacardıq. Dünyanı qorxutmaq üçün davamlı olaraq böyüdülən İŞİD-in necə bir layihə olduğu Türkiyə meydana girdikdən sonra məlum oldu. Sadəcə, onun görüntüsü altında bir neçə kiçik dəstə var. Türkiyə olaraq bu dəstənin qalıqlarını əl-ələ verərək bir neçə ay içində tamamilə aradan qaldıracağımızı vəd edirik".